Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib
16:32 17 Dekabr 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
“Report” xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vuran 24 komandanın və yarışa Çempionlar Liqasında qrup üçüncüsü olmaqla qoşulan 8 kollektivin rəqibəri bəlli olub.
"Viktoriya” (Plzen, Çexiya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
"Brügge” (Belçika) - "Zaltsburq” (Avstriya)
"Rapid” (Avstriya) - "İnter” (İtaliya)
"Slaviya” (Praqa, Çexiya) - "Genk” (Belçika)
"Krasnodar” (Rusiya) - "Bayer” (Almaniya)
"Sürix” (İsveçrə) - "Napoli” (İtaliya)
"Malmö” (İsveç) - "Çelsi” (İngiltərə)
"Şaxtyor” (Ukrayna) - "Ayntraxt” (Almaniya)
"Seltik” (Şotlandiya) - "Valensiya” (İspaniya)
"Renn” (Fransa) - "Betis” (İspaniya)
"Olimpiakos” (Yunanıstan) - "Dinamo” (Kiyev, Ukrayna)
"Latsio” (İtaliya) - "Sevilya” (İspaniya)
"Fənərbaxça” (Türkiyə) - "Zenit” (Rusiya)
"Sportinq” (Portuqaliya) - "Vilyarreal” (İspaniya)
BATE (Belarus) - "Arsenal” (İngiltərə)
"Qalatasaray” (Türkiyə) - "Benfika” (Portuqaliya)
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları fevarlın 14-də, cavab görüşləri isə bir həftə sonra olacaq. Avropa Liqasının final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-qalatasaray-ve-fenerbagca-nin-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR