“Novıy qod”dan “Yeni gün”ə

“Novıy qod”dan “Yeni gün”ə
21:12 18 Dekabr 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

El arasında gözəl bir deyim var ki, "Allah bir yerdən bağlayanda, digər bir yerdən açar". Əslində bunu bir qədər düzəltsək, deyə bilərik ki, "Allah bir yerdən açmamış, digər yerdən heç vaxt bağlamaz". Yəni, Allah səni lazım olan istiqamətə yönəltmək üçün mütləq yanlış getdiyin, amma sənə xoş olan, öyrəşdiyin, rahat sandığın yolu bağlayar. Eynilə biz də su arxının istiqamətini dəyişmək istədikdə, onun getməli istiqamətlərini açıb, lazım olmayan yerlərinə bənd vurarıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, biz uşaqların tərbiyəsində bu üsuldan istifadə etdikdə, mütləq nəticə alırıq. Əks halda uşağı, onun sevdiyi məşğuliyyətdən ayrımaq mümkün olmur. Valideyn müvəffəq olsa da, uşağın o yanlış istiqamətə olan marağı ciddi şəkildə artır. İlk fürsətdə o istiqamətə daha həvəslə can atır. Bu, pis vərdişlər, uyğun olmayan dostlar, mənasız verilişlər və s. ola bilər. Bu gün yaxınlaşmaqda olan və uşaqların dünyagörüşünə kifayət qədər mənfi təsir edən "Novıy qod" mövzusundan danışacağıq.

Bəzi valideyinlər səmimi olaraq uşaqlarını "Şaxta baba", "Yolka", "Novıy qod" istiqamətindən yayındırmaq və onların bu istiqamətə olan sevgisini azaltmaq istəyirlər. Amma çox ailələr bu işdə nəticə əldə edə bilmirlər. Çünki, onlar bu işi yalnız qadağalarla və təzyiq etməklə reallaşdırmaq istəyirlər. Bu da təbii ki, əks nəticə verir. Uşaq üçün maraqlı olan nə "Şaxta baba", nə "Yolka", nə də "Novıy qod"dur. Uşaq üçün maraqlı olan - hədiyyələr və ona ayrılan diqqətdir.  Əgər il boyu uşağın bu boşluğunu mənəvi gündəliklə doldura bilsək, təbii ki, uşağın "Novıy qod"a olan marağı kifayət qədər azalacaq.

Məsumların (ə) mübarək mövludları, "Qurban", "Ramazan", "Qədir-Xum" bayramları, Novruz bayramı və bu kimi kifayət qədər gözəl günlərdə uşaqlara məxsus şənliklər düzənlənsə, uşağın qəlbində meyil, təbii olaraq mənəvi günlərə daha çoxalacaq. Yəni, uşağın əlindən turş alçanı almaq üçün mütləq ilk olaraq böyük, şirin və qırmızı almanı göstərmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR