Honkonqda meymunçiçəyi (mpox) xəstəliyinə yoluxma hallarının artması qeydə alınıb. Son bir ayda yoluxma hallarının sayı 70 faiz artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Honkonqun Sağlamlığın Mühafizəsi Mərkəzinin (Centre for Health Protection, CHP) press-relizində bildirilir.
“Avqust ayından bəri 21 yeni yoluxma halı qeydə alınıb ki, bu da cari ildə qeydə alınan ümumi yoluxma hallarının 70 faizini təşkil edir”, – deyə məlumatda qeyd olunub.