Noyabr ayında məktəbliləri ümumilikdə 16 günlük istirahət gözləyir.

Metbuat.az xəbər verir ki, noyabrın 7-10-da Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq.

Bundan əlavə, noyabrın 14-15-i və 21-22-si şənbə və bazar günlərinə təsadüf edir. Noyabrın 16-dan 20-dək isə ümumi təhsil müəssisələrində payız tətili olacaq.

Beləliklə, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabr ayı ərzində ümumilikdə 16 gün dərs keçirilməyəcək.