UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray" azarkeşlərini sevindirən nəticəyə imza atıb. Türkiyə klubu doğma meydanda Almaniyanın "Ştutqart" komandasını 2:0 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, İstanbulda keçirilən görüşdə meydan sahibləri üstünlüyü ilk dəqiqələrdən ələ alıblar.
"Qalatasaray"ın qolları 12-ci və 15-ci dəqiqələrdə qeydə alınıb. Beləliklə, cəmi üç dəqiqə ərzində vurulan iki qol oyunun taleyini həll edib.
Qarşılaşmanın sonunadək hesab dəyişməyib və İstanbul təmsilçisi üç xalı aktivinə yazdırıb.