Aktrisa Zülfiyyə Qurbanova şəxsi həyatı və ailə dəyərləri ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, sənətçi “Sevilən səhər” proqramında aparıcı İsa Şükürovun “Niyə subaysan?” sualını cavablandırarkən şəxsi həyatı barədə danışıb.
Aktrisa bildirib ki, hələlik ailə həyatı qurmayıb və bunun həyatın gedişatı, qismətlə bağlı olduğunu düşünür:
“Hələ subayam. Gedişat belə olub. Mən beş gün sonramıza zəmanət verə bilmərəm. Elə biri ilə rastlaşarsan ki...”
Zülfiyyə Qurbanova şəxsi həyatla sənəti bir-birinə qarışdırmağın düzgün olmadığını vurğulayıb. O, ailənin həyatında hər zaman xüsusi yer tutduğunu qeyd edib:
“Qurban vermək deyil, hərənin həyatının bir mərhələsi olur. Qurban vermişəmmi? Verərəm ki? Yalan danışa bilmərəm. Şəxsi həyat, ailə öz yerində. Düşünürəm ki, övlad övladdır, fərqi yoxdur bacınındır, özünündür. Həyatının mərkəzidir. Özəl və şəxsi həyatla sənəti qarışdırmaq olmaz. Ailə mərkəzdədir”.
Sənətçi ailəyə bağlılıq dəyərini anasından öyrəndiyini də bildirib. Onun sözlərinə görə, böyüdüyü ailədə hər kəs bir-birinə bağlı olub və ailə münasibətləri hər zaman ön planda tutulub.