Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elxan Allahverdiyev bununla bağlı müvafioq əmr imzalayıb.

Əmrlə, Ceyhun Seyidov Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda baş məsləhətçi təyin olunub.

O, ötən ay vəzifəsindən azad olunan Namiq İbadzadənin yerinə təyin olunub.

Bir digər əmrlə, Bahadur Babayev İnzibati işlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə gətirilib.

Qeyd edək ki, təyinata qədər sözügedən vəzifə vakant idi.