Müğənni İbrahim Borçalı son dövrlər həyat tərzində etdiyi dəyişikliklə diqqət çəkib. Sənətçi 9 kiloqram arıqladığını və sağlamlığına daha ciddi yanaşmağa başladığını bildirib.

Metbuat.az xəbər verir ki, müğənni bu barədə “Xəzər axşamı” verilişində qonaq olarkən danışıb.

İbrahim Borçalı zərərli vərdişlərdən imtina etdiyini, bundan sonra həyatına və sağlamlığına daha çox diqqət ayırmaq qərarına gəldiyini söyləyib. O, ailəsinin bu qərarında mühüm yer tutduğunu da vurğulayıb.

Sənətçi həyat yoldaşı və qızı naminə daha uzun və sağlam ömür sürmək istədiyini ifadə edib.

Qeyd edək ki, müğənninin ailəsində də xoş hazırlıq var. Qızı Aysunun nişan mərasiminin noyabrın sonunda keçirilməsi planlaşdırılır. Onun avqust ayında “həri” mərasimi olub.