“Chip Azərbaycan” texnologiya jurnalının təqdimat mərasimi keçirilib

Ötən gün “Chip Azərbaycan” texnologiya jurnalının təqdimat mərasimi keçirilib. Təqdimat İT sahəsində tanınan aparıcı Vüsalə Səidin təqdimatında baş tutub.

Metbuat.az bildirir ki, həm “Chip” jurnalının, həm də chip.az saytının direktoru olan Xəyalə Nəsirli jurnalın məqsədi, həmçinin gələcək fəaliyyəti barədə ətraflı məlumat verib. Xəyalə xanım eyni zamanda jurnalın yaradılması ilə Azərbaycanda mövcud IT aləmini bir yerə cəmləyərək yeni layihələr istiqamətində gələcək planlardan söz açıb. O qeyd edib ki, hazırda Azərbaycan dilində dərc olunan yeganə texnologiya jurnalı olan “Chip”in məqsədi bütün texnologiya, IT şirkətlərini bir araya toplayaraq, texnologiya sahəsində olan yeniliklərdən birlikdə xəbər tutmaq və birgə inkişafa nail olmaqdır. Tədbir bir sıra şirkət rəhbərlərinin nitqi ilə davam edib. Bəzi gənc startapçıların və şirkətlərin stendləri qurulan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məlumat üçün bildirək ki, jurnalın ilk sayı 1000 tirajla buraxılıb və 15 jurnalın içərisinə uduşlu hədiyyə qoyulub. Tədbirə qatılanlar üçün jurnalın ilk nömrəsi və Coffe break hədiyyə olunub. Sonda texnoloji dizaynda hazırlanmış tort “Chip” kollektivinin əhatəsində kəsilib.

Nazirdən gələn il pensiyaya çıxacaq şəxslərlə bağlı - AÇIQLAMA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR