Bölgələrdə TV və FM proqramlarının yayım vəziyyəti yoxlanılır
Paylaş
44 baxış·1 dəq oxu
Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət Radiotezlikləri İdarəsi (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə radiomonitorinq işləri aparır. DRİ-dən "Report"a verilən məlumata görə, yaxın zamanlarda radiomonitorinqin nəticələri açıqlanacaq.