“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Publika.az müsahibəsində Mehman Hüseynov ətrafında yaradılan süni ajiotaj, hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və BMT-nin əlaqədar qurumlarının bu kimi hallara ikili standartlardan yanaşması və digər məsələlərlə bağlı fikirlərini söyləyib.

- Zaman-zaman şahidi olmuşuq ki, beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti BMT-nin əlaqədar qurumları Qərb ölkələrində kütləvi hüquq pozuntularına səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur. Bunun səbəbini necə izah etmək olar?
- Azərbaycan vətəndaşlarının hər biri Azərbaycan qanunları qarşısında tamhüquqlu, bərabərhüquqlu məsuliyyət daşıyırlar. Mehman Hüseynov da törətdiyi cinayətə, əmələ görə hüquqi məsuliyyətə cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində həbs qəti-imkan tədbiri seçilib. Avropada və Azərbaycanda bir çox anti-Azərbaycan qüvvələri var ki, Mehman Hüseynov hadisəsindən şou düzəldərək ölkəmizə qarşı təsir və təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Bu da təbii ki, əbəs bir şey deyil. Bunlar Avropanın o təşkilatlarıdır ki, Azərbaycana qarşı daim ədalətsiz və qərəzli mövqe sərgiləyiblər, o təşkilatlardır ki, özlərindəki böyük problemləri görmürlər, necə deyərlər, "öz gözlərində tiri görmürlər, başqalarının gözlərinə tük axtarırlar". Onlar Azərbaycana qarşı həmişə ədalətsiz və qərəzli mövqe nümayiş etdiriblər. Bu təşkilatlar yenə də Mehman Hüseynovu bir alət kimi istifadə etməklə çalışırlar ki, Azərbaycana təsir və təzyiq göstərmək üçün insan haqlarının pozulması ilə bağlı bir şou düzəltsinlər. Bu da yolverilməz və qəbuledilməz bir haldır. Azərbaycan hüquqi və demokratik bir dövlətdir, bu dövlət çərçivəsində hüquqi müstəvidə hər bir vətəndaşın öz məsuliyyəti, eyni zamanda törətdiyi cinayət əməlinə görə hüquqi məsuliyyəti var. Ona görə də hüquq-mühafizə və məhkəmə orqanları onunla bağlı tam araşdırma apararaq ədalətli qərar veriblər. Şou düzəldən insanların xasiyyəti və xislətləridir ki, daim şou ilə gündəmdə qalmaq istəyirlər. Azərbaycan qəriyyətli mövqeyini həmişə ortaya qoyub, Azərbaycanla bu səpkidə danışmaq artıq mümkün deyil, öz gücünə, qüdrətinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir. Avropadakı bəzi təşkilatlar, yaxud da bəzi ölkələrdə olan qrupların məqsədi Mehman Hüseynovdan bir alət kimi istifadə edərək Azərbaycanla bağlı öz çirkin niyyətlərini həyata keçirməyə, Azərbaycanı nüfuzdan salmağa cəhddir. Azərbaycanda hər şey hüquqi və demokratik şəkildə öz həllini tapır. Bu baxımdan, bu təşkilatların, qrupların və insanların sözügedən cəhdləri, canfəşanlığı əbəs bir şeydir.
- Yəqin özünüz də müşahidə edişiniz ki, bu məsələdə 5-ci kolonun fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri xüsusilə aktivləşdirildilər. Bunların müstəqil deyil, xüsusi komanda ilə hərəkət etdiyini, öz havadarlarının sifarişini yerinə yetirdiyini demək olarmı?
- Azərbaycanda olan 5-ci kolonun nümayəndələri həmişə xaricdən anti-Azərbaycan, erməni lobbisi və ermənipərəst qüvvələrin dirijor çubuğu ilə hərəkət edirlər. Ona görə də 5-ci kolonda yer alan insanlar, xaricdə azərbaycanlı adını daşıyan bəzi səviyyəsiz, xəyanətkar, cinayətkar ünsürlər fəallaşdılar, öz çirkin əməllərini ortaya qoymaq üçün bundan bir vasitə kimi istifadə etdilər. Belə hallar var, 5-ci kolonun üzvləri, Azərbaycana qənim kəsilən, satqın mövqedə olan, satqın əməllərini həyata keçirən insanlar xaricdən maliyyələşirlər, Erməni lobbisinin, ermənipərəst qüvvələrin maliyyəsi ilə dəstəklənirlər, Azərbaycanın daxilində sabitliyi pozmağa, inkişafa və uğurlara kölgə salmağa çalışırlar. 5-ci kolon xaricdən dirijor çubuğu ilə idarə olunan insanlardır ki, bu kimi məqamlarda fəallaşırlar və Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. Amma bu, mümkün deyil, Azaərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirir və öz mövqeyini tam demokratik, hüquqi çərçivədə dünya birliyinə çatdıra bilir.
- 5-ci kolonun üzvlərinin anti-Azərbaycan güclərin, erməni lobbisi, ermənipərəst qüvvələrin maliyyəsi ilə dəstəkləndiyini qeyd etdiniz. Siz də şahidi olmusunuz ki, bu insanlar alınan qrantların bölüşdürülməsi uğrunda dəfələrlə qarşı-qarşıya gəliblər və demək olar ki, düşündükləri demokratiya və insan haqları, deyil, qrantlar olduğunu etiraf ediblər...
- Təbii ki, bunların səs-küyü yenə də qrantlarla bağlıdır: kim daha çox səs çıxararsa, kim daha çox canfəşanlıq göstərərsə, kim daha çox Azərbaycana ləkə atarsa, ədalətsiz mövqe nümayiş etdirərsə, onlara daha çox qrant veriləcək. Çox hallarda Soros tərəfindən, erməni lobbisi tərəfindən maliyyələşdirildikləri hamıya bəllidir. Bu insanlar təbii ki, maliyyənin müqabilində onlara verilən tapşırıqları icra etmək, onların qarşısına qoyulan Azərbaycanla bağlı bədniyyətlərini həyata keçirmək üçün əməllərini ortaya qoyurlar. Düşünürəm ki, onlar yalnız və yalnız öz çirkin məqsədlərini həyata keçirməyə cəhd göstərirlər, onları nə səmimiyyət, nə xalq, nə dövlət, nə də millət – heç bir şey maraqlandırmır. Onları yalnız və yalnız xaricdən alınan qrant, Azərbaycana qənim kəsilmiş insanlardan alınan maliyyə dəstəyi maraqlarındırır. Mehman Hüseynov hadisəsindən istifadə edərək qrant üçün yenə də canfəşanlıq göstərirlər. Onların qrant alması, bu qrantlarla çirkin niyyətlərini həyata keçirmək cəhdləri heç kimə sirri deyil. Onların başında duran əsas qüvvələr, təkrar edirəm, erməni lobbisi, ermənipərəst və anti-Azərbaycan qüvvələridir. 5-ci kolonun cinayətkar ünsürləri onların sifarişlərini yerinə yetirirlər.
- Ötən gün qeyri-hökumət təşkilatlarının bir qrup rəhbəri Mehman Hüseynovu həbsxanada ziyarət etdilər. Verilən açıqlamalardan belə görünür ki, Mehman Hüseynovun özü də onun ətrafında yaradılan süni ajiotajdan narahatdır, onun bəzi qüvvələr tərəfindən bir alət olaraq istifadə edildiyinin fərqindədir...
- Dünən fotolara da baxdım, mediadan müəyyən məlumatları da oxuduq. Mehman Hüseynovun zahiri görkəmindən hiss olunur ki, onun sağlamlıq durumu yüksək səviyyədədir. Adam bir gün qidalanmayanda müəyyən narahatlıqlar keçirir, əhvalıqda pozğunluqlar yaranır. Amma mən Mehman Hüseynovun zahiri görkəmində onu hiss etmədim. O, çox sağlam, çox gümrah görünürdü. Mehman Hüseynovun özü də bilir ki, bu şoudur. Şounu düzəldən insanların özləri də bilir ki, bu şoudur, və qanunsuz əməllərlə məşğuldurlar. Zərrə qədər ağlı başında olan insan belə hallara qarşı qətiyyətli mövqeyini ortaya qoymalıdır. Mehman Hüseynov əgər bunu düşünürsə, Mehman Hüseynov faktorundan məharətlə artistlik edib şou yaratmaq istəyənlərə qətiyyətli mövqeyini nümayiş etdirməlidir.