Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
23:36 10 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 62,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,62 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3003711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR