Artıq çəki
Kontraseptiv preparatlar
Şəkərli diabet
İİV
Steroid tərkibli dərmanlar
Dar və aşağı keyfiyyətli alt paltarıKandidozdan ev şəraitində müalicə olunmaq mümkündür. Həmin üsullardan bəzilərini təqdim edirik:Rozmarin (ətotu) çayıRozmarindən hazırlanan dəmləmə qaşınma və qızartını aradan qaldıracaq. Bunun üçün dəmləmədən gün ərzində 2 stəkan qəbul edilməlidir. Çay ağacı bitkisinin efir yağı 2 damcı çay ağacının efir yağını bir parçaya hopduraraq onu bez kimi 3 saatdan çox olmayaraq istifadə edin. Proseduru gün ərzində 2 dəfə həyata keçirin.Xəstəliyin əlamətləri 1 həftə ərzində aradan qalxacaq.SarımsaqSarımsaq ən güclü göbələkəleyhinə vasitələrdən biri hesab olunur. Bu təbii dərman vasitəsini hər yeməyə qatın. Bundan əlavə bir neçə diş sarımsağı əzərək onu az miqdarda su ilə qarışdırın. Əmələ gələn qarışımı 20 dəqiqə ərzində problemli nahiyyənin üzərində saxlayın. Daha sonra ilıq su ilə yuyun. Alma sirkəsi Vannanı isti su ilə dolduraraq ora 2 fincan alma sirkəsi əlavə edin. Həmin suda 20 dəqiqə vanna qəbul edin. Aloe vera geli Bu bitkinin bir orta ölçülü yarpağından əldə etdiyiniz geli 2 stəkan su ilə qarışdırın. İntim hissələri bu qarışım ilə yuyun. Daha sonra isə isti su ilə tamamilə təmizlənənə qədər yuyunun. Qeyd! Hər bir qadın intim sağlamlığı üçün alt paltarsız yatmalıdır. Yaxşı olardı ki, nəm yaranmasın deyə gün boyu pambıq tərkibli alt paltarlarından istifadə olunsun. Çünki göbələk infeksiyası nəm və isti mühiti çox sevir. Qeyd edək ki, kandidoz zamanı qadından iy gəlir.Milli.Az