Lerikdə "İntellektual Region" layihəsinin ilk oyunu keçirilib

Lerik rayonunda "İntellektual Region" layihəsinin ilk oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycanda Respublikası Prezidenti yanında Gənclər Fondunun XI qrant müsabiqəsinin qalib layihəsindən biri olan "İntellektual Region" layihəsi artıq start götürüb. Layihə rəhbəri Əcəmi Əsədullayev olan "İntellektual Region" layihəsinin ilki Lerik rayonunda baş tutub. Lerik Rayonun Heydər Əliyev Mərkəzində baş tutan intellektual oyun "Nə? Harada? Nə zaman?" formatında keçirilib. 5 komandanın iştirak etdiyi oyunda Lerikin gənclərindən ibarət "Stimul" komandası qalib gəlib.

Sonda qaliblərə diplomlar, medallar və kubok təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR