Ata-anası ölən uşaq küçədə qaldı (VİDEO)

13:06 14 Yanvar 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Ata-anası yol qəzasında ölən 14 yaşlı uşaq küçələrdə qalıb. ANS TV-nin məlumatına görə, Natiq 8 yaşı olanda ata-anasını yol qəzasında itirib. Valideyin itkisi sonda onu küçələrə salıb. Natiq artıq 6 ilidir ki, Bakının sərt qışına, isti yayına öyrəşdiyini deyir. Əslən Naxçıvan şəhərindən olan uşaq paytaxtda kirayədə qalır.

O, dolanışığını yoldan keçənlərdən qəpik-quruş almaqla, təkər qaraltmaqla keçirtdiyini deyir. Qohumlarının sahib çıxmadığını deyən Natiqin sənədləri də yoxdur.

Səhhətində ciddi problemlər olduğundan gileylənən Natiq gələcəyə nikbin baxır. Çünki az da olsa onun da istəkləri də var. İlk öncə isti yuva və təhsil almaq arzunda olan Natiq kömək gözləyir. Kimlərinsə ona himəyə duracağına inan bu oğlan, indi sadəcə küçələrin uşağıdır.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR