Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
08:37 14 Fevral 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
"Report" xəbər verir ki, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan “Qalatasaray” Portuqaliyanın “Benfika” kollektivini qəbul edəcək.
“Qarabağ”la eyni qrupda yer almış komandalardan İngiltərə “Arsenal”ı səfərdə Belarus BATE-sinin müqavimətini qırmağa çalışacaq. Portuqaliya “Sportinq”i isə evdə İspaniya “Vilyarreal”ını sınağa çəkəcək.
Bu mərhələnin ilk oyununda “Fənərbağça” doğma azarkeşlər önündə Rusiya “Zenit”ini 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Avropa Liqası
1/16 final, ilk oyunlar
14 fevral
21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya)
21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika)
21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya)
21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya)
21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)
21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya)
21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə)
21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna)
24:00. "Brügge" (Belçika) - "Zalsburq" (Avstriya)
24:00. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə)
24:00. "Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya)
24:00. "Sportinq" (Portuqaliya) - "Vilyarreal" (İspaniya)
24:00. "Sürix" (İsveçrə) - "Napoli" (İtaliya)
24:00. "Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
24:00. "Şaktyor" (Donesk, Ukrayna) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avroliqanin-1-16-final-merhelesinin-ilk-oyunlarina-yekun-vurulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR