Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq
07:32 21 Fevral 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.
"Report" xəbər verir ki, cavab oyunları çərçivəsində 15 qarşılaşma keçiriləcək.
Türkiyə təmsilçilərindən "Qalatasaray" səfərdə Portuqaliya "Benfika"sı ilə üz-üzə gələcək. İstanbuldakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "sarı-qırmızılar" növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top fərqi ilə qalib gəlməlidirlər. "Qalatasaray"ın 2:1 hesablı qələbəsi isə görüşü əlavə vaxta aparacaq.
"Fənərbağça"nın da cavab oyunu səfərdə olacaq. "Sarı-lacivərdlilər" Rusiyanın Sankt-Peterburq şəhərində "Zenit"lə qarşılaşacaqlar. İlk oyunda rəqibini 1:0 hesabı ilə üstələyən İstanbul komandasına səfərdə heç-heçə, hətta 1:2-dən başlayaraq, minimal fərqli məğlubiyyət də sərf edir. "Zenit" isə 1/8 finala vəsiqə üçün rəqibini 2 top fərqi ilə udmalıdır.
Qrup mərhələsində
"Qarabağ"la eyni qrupda yer almış komandalardan "Arsenal" İngiltərədə Belarus BATE-sini qəbul edəcək. İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.
Portuqaliya "Sportinq"i isə İspaniyada "Vilyarreal"ın müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası 1/16 final, cavab oyunları
21 fevral
21:55. "Arsenal" (İngiltərə) - BATE (Belarus)
İlk oyun – 0:1
21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Viktoriya" (Plzen, Çexiya)
İlk oyun - 1:2
21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Şaxtyor" (Donesk, Ukrayna)
İlk oyun - 2:2
21:55. "Napoli" (İtaliya) - "Sürix" (İsveçrə)
İlk oyun - 3:1
21:55. "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika)
İlk oyun - 1:2
21:55. "Valensiya" (İspaniya) - "Seltik" (Şotlandiya)
İlk oun - 2:0
21:55. "Vilyarreal" (İspaniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun – 1:0
21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə)
İlk oyun – 0:1
24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Krasnodar" (Rusiya)
İlk oyun – 0:0
24:00. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 2:1
24:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç)
İlk oyun - 2:1
24:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun – 2:2
24:00. "Genk" (Belçika) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun – 0:0
24:00. "İnter" (İtaliya) - "Rapid" (Vyana, Avstriya)
İlk oyun – 1:0
24:00. "Betis" (İspaniya) - "Renn" (Fransa)
İlk oyun – 3:3
Qeyd edək ki, daha öncə İspaniya "Sevilya"sı 1/8 finala vəsiqə qazanıb. "Sevilya" 1/16 finalda İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb - 1:0, 2:0. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cavab-oyunlari-cercivesinde-15-qarsilasma-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR