Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, satış martın 5-də Sabirabad rayonun Qəzli kəndinin, Qruzma bələdiyyəsinin inzibati binasında baş tutacaq.
Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcək.
Digər səyyar satışlar martın 7-də isə İsmayıllı rayonun Qubaxəlilli kəndinin, İcra nümayəndəliyinin binası keçiriləcək.
Bu rayona ən yaxın kəndlər olan Qubaxəlilli, Gəraybəyli, Xəlilli, Külümlü, Zərnava, Kəlbənd, Kütmaşı və digər ətraf kəndlərin sakinləri səyyar satışdan yararlana biləcəklər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Sabirabad rayonu üzrə +99450 213 04 72 (Heydər Yaqubov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), İsmayıllı rayonu üzrə +99450 332 74 44 (Həsən Həsənov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru),nömrəsi ilə əlaqə saxlaya bilərlər.