Report xəbər verir ki, bu barədə Hava Limanın "Twitter" səhifəsində yerləşdirilən bəyanatda bildirilir.
"Biz işimizi tam bərpa etdik, uçuşlar cədvəl üzrə gedir, bütün məhdudiyyətlər aradan qaldırıb", - bəyanatda deyilir.
Qeyd olunur ki, tüstülənmənin səbəbi kompüterin kəsilməz enerji qaynağının qızması olub. Tüstü havalandırma sistemi vasitəsi ilə yayılıb.
*** 06:05
Sidney Beynəlxalq Hava Limanı dispetçer punktunun evakuasiyasından sonra fasilələr ilə işləyir.
"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, evakuasiyanın səbəbi binada tüstünün peyda olunması olub.