Polisi sürüyüb üstündən keçən sürücünü 7 il həbs gözləyir - VİDEO

Polisi sürüyüb üstündən keçən sürücünü 7 il həbs gözləyir - VİDEO
22:32 14 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Hadisə baş verərkən 25 yaşlı sürücünün nişanlısı və qayınanası da maşında olub
Bakıda yol polisini maşınla vuran şəxs artıq saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Milli.Az xəbər verir ki, bu barədə avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90-VT-023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qadın, ikisi isə kişi olub. Sürücü barəsində artıq Nəsimi rayon Prokuorluğunda cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Sürücü Həsənov Cavid Fuad oğlu 1990-cı ildə Ağsu şəhərində anadan olub. Ağsu-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş. Özünün dediyinə görə, hadisə baş verən zamanı maşında olanlar arasında nişanlısı, qayınanası və qayını da olub".

Vaqif Əsədov bildirib ki, sürücü Cavid Həsənov yol hərəkəti qaydalarını dəfələrlə pozduğu üçün "saxla" əmri verilib. Lakin o, əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Sürücünün tabe olmadığını görən Yol-Putrul Xidməti əməkdaşları süni sıxlıq yaradaraq onu saxlamağa çalışıblar. Lakin videodan da göründüyü kimi, sürücü maşını saxlamır və yol polisini vuraraq kapotun üstündə sürüyüb. Sonra isə yerə yıxılmış yol polisi əməkdaşının üstündən keçib. Nəticədə bud sümüyünün sınığı və kəllə-beyin travması alan polis əməkdaşı hospitala yerləşdirilib.

Qeyd edək ki, 25 yaşlı Cavid Həsənovun 2 bacısı, 3 qardaşı var. Atası dünyasını dəyişib, uzun illərdir anasının himayəsində yaşayır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR