Azərbaycanda sadələşdirilmiş qaydada 30-dan çox bınanın istismarına icazə verilib

Azərbaycanda sadələşdirilmiş qaydada 30-dan çox bınanın istismarına icazə verilib
12:27 5 Aprel 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günədək Azərbaycanda çoxmənzilli binaların istifadəsinə icazələrin verilməsinin sadələşdirilməsi barədə fərman çərçivəsində 30-dan çox bınanın istifadəsinə icazə verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

O qeyd edib ki, bu proses hazırda davam edir:

"Bu məsələ aktual olduğu üçün biz prosesləri sürətləndiririk".

Sədr müavini vurğulayıb ki, icazə yalnız şəhərsalma norma və qaydalarına uyğun tikilmiş obyektlərə verilir. O əlavə edib ki, indiyədək normalara uyğun olmayan 400 obyekt aşkar edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR