Nazir müavini: "2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib"

Nazir müavini: "2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib"
14:27 5 Aprel 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qeydiyyatdan keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O qeyd edib ki, "bir pəncərə" prinsipinə keçid biznesin qeydiyyatı prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirib.

Nazir müavini əlavə edib ki, vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi prosesində əmək müqavilələrinin qeydiyyatı da sadələşdirilib:

"Sahibkarı maraqlandıran hər bir məlumat onlayn rejimində heç bir maliyyə xərci tələb olunmadan təklif olunacaq. Vergilər Nazirliyində rəsmi qurumlarla ünsiyyəti tamamilə aradan qaldıran məlumat bazası formalaşdırılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/744451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR