Hesablama Palatasının əməkdaşı Əsas Milli Göstəricilər üzrə işçi qrupun iclasında iştirak edib

Hesablama Palatasının əməkdaşı Əsas Milli Göstəricilər üzrə işçi qrupun iclasında iştirak edib
17:57 8 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Hesablama Palatasının İcmal-analitik şöbənin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev INTOSAI-nın təşkilatçılığı ilə Slovakiyanın Bratislava şəhərində Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun 12-ci toplantısında iştirak edib.
Palatadan “Report”a verilən məlumata görə, iclasda həmçinin İtaliya, ABŞ, Çin, İndoneziya, Braziliya, Səudiyyə Ərəbistanı, Slovakiya, Çex Respublikası, Avstriya, Finlandiya, Bolqarıstan, Qazaxıstan, Rusiya, Belarus Ali Audit Qurumlarının (AAQ) əməkdaşları, həmçinin, “AFROSAI-E” təşkilatının təmsilçisi, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) və Birləşmiş Vyana İnstitutunun eksperti, Slovakiya Büdcə Məsuliyyətliliyi ofisinin rəhbəri, Maliyyə Nazirliyi Fəaliyyət qiymətləndirilməsi bölməsinin rəhbəri və akademik heyət təmsil olunub.
12-ci iclasda Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2018-ci ilin aprel ayından 2019-cu ilin mart ayına qədər fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Hesablama Palatası tərəfindən hazırlanan Əsas Milli Göstəricilərin və Makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən İtaliya, Avstriya, İndoneziya, Slovakiya, Bolqarıstan, Küveyt AAQ-larının Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət auditi ilə bağlılığı mövzusunda təqdimatları dinlənilib.
Eyni zamanda, Almaniya Texniki Əməkdaşlıq (GIZ) təşkilatı tərəfindən edilən təqdimatda AAQ-ların Dövlət Maliyyəsinin İdarə edilməsi sistemi və bu çərçivədə Əsas Milli Göstəricilərin rolunun əhəmiyyətliliyi vurğulanıb.
İclasın yekunu olaraq Əsas Milli Göstəricilər və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesablama-palatasinin-emekdasi-esas-milli-gostericiler-uzre-isci-qrupun-iclasinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR