92 yaşlı məşhur yazıçı ölüm ayağında...

92 yaşlı məşhur yazıçı ölüm ayağında...
07:01 15 Yanvar 2015
172 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli yazıçı Yaşar Kamal (Kamal Sadıq Gökcəli) vəziyyətinin pisləşməsi ilə xəstəxanaya aparılıb.

ANS PRESS-in məlumatına görə, bir neçə dəfə Nobel mükafatı üçün namizədliyi irəli sürülmüş kürd kökənli 92 yaşlı yazıçı Yaşar Kamal ötən gün günortadan sonra səhhətində narahatlıqlar hiss edib. Nəfəs alıb-verməsi çətinləşən yazıçı ağciyər infeksiyası və ürək döyüntülərinin pozulması səbəbilə İstanbul Universitetinin tibb fakültəsinin nəzdindəki xəstəxananın reanimasiya şöbəsinə qəbul edilib.

Hazırda yazıçının səhhətində yaranan problemin aradan qaldırılması üçün müalicə tədbirləri görüldüyü bildirilir.

Həkiminin sözlərinə görə, yazıçının vəziyyəti ağırdır və həyatı təhlükəsi davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=319781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR