ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə
13:43 20 Aprel 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti görüşünü səbrsizliklə gözləyirəm.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib:

"Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

xəbər yenilənəcək

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3049634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR