Nazir neftin hazırkı qiymətləri barədə

Nazir neftin hazırkı qiymətləri barədə
18:12 22 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Hazırda neft qiymətləri qənaətbəxş səviyyədədir, dekabrda əldə olunmuş OPEK+ sazişinin icra səviyyəsi isə hər ay artır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, iyun ayında neft hasilatının azaldılması barədə yeni qərarın qəbul edilməsi bir sıra geosiyasi amillərdən, o cümlədən müəyyən mənada neftin kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq:

"Azərbaycan OPEK+ sazişi imzalandıqdan bəri onun fəal iştirakçısıdır".

Nazir əlavə edib ki, ötən il ölkənin mənfəət neftindən və qazdan gəlirləri 9,8 milyard dollara bərabər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/748929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR