Yeni avtobuslar gətirildi (VİDEO)

Yeni avtobuslar gətirildi (VİDEO)
17:36 15 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

I Avropa Olimpiya Oyunları ilə əlaqədar respublikamızın bölgələrinə turizm səfərlərinin artacağını nəzərə alaraq nəqliyyatda yeniliklər gözlənilir.

ANS TV-nin məlumatına görə, paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bununla bağlı məlumat verib. Onun sözləronə görə, artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu gətirilib. Bundan əlavə nəqliyyat vasitələrində bilet satışı proseduru da təkmilləşdirilir.

Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək. Plana əsasən nəqliyyat- yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər artıq müəyyənləşdirilib. Sərnişin avtobuslarında kart- ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, I Avropa olimpiya Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda Wi- Fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmaqdadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR