"2015 gəldi, ancaq avtobusların problemi düzəlmədi"

"2015 gəldi, ancaq avtobusların problemi düzəlmədi"
11:27 16 Yanvar 2015
137 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda avtobusdan istifadə edən sakinlərin problemlərinə əhəmiyyət verən yoxdur
Saytımıza daxil olan oxucu şikayətləri bunu deməyə əsas verir. Milli.Az xəbər verir ki, sərnişinin problemi 88 saylı marşrutladır.

Fateh adlı oxucu bildirir ki, həmin marşrutun sürücüləri ilə mübahisə etməkdən cana gəlib:

"2015-ci ildir, ancaq marşrutların problemi həll olunmur. Avtobusla bağlı şikayətə niyə baxılmır, 88 saylı marşrutun sahibkarları niyə xəttə nəzarət etmirlər?

Gün ərzində yüzlərlə insan istifadə edir bu avtobusdan, ancaq buna baxmayaraq sürücülər buna əhəmiyyət vermirlər. Vaxt söhbəti edib digər avtobuslarla yarışa çıxırlar.

Qarşı yola çıxırlar, qırmızı işıqda keçirlər, söz deyəndə də mübahisə edirlər. Bu qədər insanın həyatını heçə sayırlar".

Sözügedən avtobusun sahibkarı "Çinar-Trans" MMC-yə müraciət etdik.

Milli.Az-a açıqlamasında sahibkar şəxs bildirdi ki, problem avtobusun dəqiq nömrəsi olduqdan sonra araşdırıla bilər.

"Şirkətimizə bir neçə avtobus marşrutu daxildir, o cümlədən də 88 saylı. Sözügedən xətt üzrə 28 avtobus fəaliyyət göstərir.

Problemlər olur və biz çalışıb həmin problemləri aradan qaldırırıq. Ancaq problemi həll etmək üçün avtobusun nömrəsi lazımdır.

Avtobusun nömrəsi olmadığı təqdirdə biz bilə bilmərik, hansı sürücüdür bu cür qaydaları pozan".

Ceyhun Ələkbərov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR