AMEA-nın Aşqarlar Kimyası İnstitutunun alimləri yeni sürtkü materialları hazırlayıblar

14:18 16 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun alimləri materialların keyfiyyət göstəricilərini yaxşılaşdıran və istismar müddətini uzadan kimyəvi maddələrin məqsədyönlü sintezinin optimal yollarını işləyib hazırlayıblar.
AMEA-dan AzərTAc-a bildiriblər ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, akilfenol, salisil turşusu, formaldehid və monoetanolaminin birgə kondensləşmə məhsulunun karbonatlaşmış kalsium duzu olan, motor yağlarının yuyucu-dispersləşdirici, korroziyaya və oksidləşməyə qarşı xassələrini yaxşılaşdıran çoxfunksiyalı aşqar (AKİ-172) sintez edilib. İnstitutun direktoru bildirib ki, sintez edilmiş aşqar funksional xassələrinə görə mövcud əmtəə aşqarlarından üstündür və onun tətbiqi ilə hazırlanmış M-10Г2 motor yağı bütün tələblərə cavab verir, “Shell” şirkətinin analoqu ilə eyni səviyyədədir. Digər mühüm elmi nəticə texnikanın normal və etibarlı işləməsini təmin edən yeni sürtkü materialları, yağlayıcı-soyuducu mayelər və ekoloji təmiz yanacaq kompozisiyalarının yaradılmasıdır. Yüksək damcı-düşmə temperaturuna, kolloid stabilliyə və triboloji xassələrə malik, tərkibində nanoölçülü Cu, Ti və onların oksidləri olan yeni sürtkü işlənib hazırlanıb. Yaradılmış yeni sürtkü istismar xassələrinə görə, Armatol-238, R-412 və Litol-24 sənaye sürtkülərindən xeyli üstündür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Asqarlar_Kimyasi_Institutunun_alimleri_yeni_surtku_materiallari_hazirlayiblar-825263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR