Müsavat başqanı: "Mən dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib"

Müsavat başqanı: "Mən dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib"
17:12 9 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

"Müsavat Partiyası 2000-ci illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasətini qəbul etmirdi. Tam əminliklə deyirəm ki, sonrakı mərhələdə Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasətini dəyişdi. Biz ona görə AXCP ilə münasibətləri bərpa etdik".
"Report"un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı namizədlərin debatında deyib.
"Mənə deyirdilər ki, Əli Kərimlinin əleyhinə danışırdınız, indi isə müdafiə edirsiniz, niyə dəyişmisiniz? Dedim, dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib. Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq. Məsələnin, mahiyyəti budur, şəxsi qərəzliyimiz yoxdur" - deyə A.Hacılı qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/musavat-basqani-men-deyismemisem-axcp-nin-siyaseti-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR