Tovuz sakinini bıçaqlayaraq öldürən şəxs tutulub

Tovuz sakinini bıçaqlayaraq öldürən şəxs tutulub
15:29 14 Oktyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3132735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR