Rusiyalı həmsədr: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayında görüşü mümkündür"

Rusiyalı həmsədr: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabr ayında görüşü mümkündür"
14:47 16 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər".
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə bildirib.
“İki ölkənin XİN başçıları razılaşarsa, görüşləri dekabr ayında Bratislavada keçirilə bilər. Lazım gələrsə, bu görüşü təşkil edə bilərik”, – həmsədr deyib.
Qeyd edək ki, bu il dekabrın 5-6-da Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/hemsedr-azerbaycan-ve-ermenistan-xi-n-bascilarinin-gorusu-mumkundur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR