Azərbaycan Avropanın ən zəif altı komandasından biridir

Azərbaycan Avropanın ən zəif altı komandasından biridir
15:17 16 Oktyabr 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunları başa çatıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 6-cı  oyununda Macarıstanın qonağı oldu və 0:1 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan altı millidən biridir.

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 14 top buraxıb.

Azərbaycan - 1 xal, 5:14

Litva - 1 xal, 5:19

Estoniya - 1 xal, 2:14

Cəbəllütariq - 0 xal, 2:19

Latviya - 0 xal, 2:27

San Marino - 0 xal, 0:43.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR