Xarici işlər nazirləri dekabrda görüşə bilər: Rusiyalı həmsədr

Xarici işlər nazirləri dekabrda görüşə bilər: Rusiyalı həmsədr
15:23 16 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər".

Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə bildirib.

“İki ölkənin XİN başçıları razılaşarsa, görüşləri dekabr ayında Bratislavada keçirilə bilər. Lazım gələrsə, bu görüşü təşkil edə bilərik”, – həmsədr deyib.

Qeyd edək ki, bu il dekabrın 5-6-da Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR