Çempionlar Liqası: "Qalatasaray" "Real Madrid"ə uduzub, PSJ və İngiltərə klubları rəqiblərini darmadağın edib

Çempionlar Liqası: "Qalatasaray" "Real Madrid"ə uduzub,  PSJ və İngiltərə klubları rəqiblərini darmadağın edib
01:02 23 Oktyabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
"Report"un məlumatına görə, turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyanın "Real Madrid" komandasını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Toni Kroos vurub. A qrupunun digər qarşılaşmasında "Brügge" Belçikada Fransa PSJ-sinə böyük hesabla uduzub.
B qrupunun hər iki görüşündə də qapılara 5 qol vurulub. Almaniya "Bavariya"sı Yunanıstanda "Olimpiakos"a 3:2, "Tottenhem" isə İngiltərədə Serbiya "Srvena Zvezda"sına 5:0 hesabı ilə qalib gəlib.
C qrupunda İngiltərənin daha bir təmsilçisi "Mançester Siti" evdə İtaliya "Atalanta"sına 5:1 hesabı ilə qalib gəlib. "Şaxtyor" isə Ukraynada Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məğlubiyyətdən qurtulmağı bacarıb.
Nəhayət, D qrupunda "Atletiko" İspaniyada Almaniya "Bayer"ini, "Yuventus" isə İtaliyada Rusiya "Lokomotiv"ini yenib.
Çempionlar Liqası
II tur
A qrupu
23:00. "Qalatasaray" (Türkiyə) - "Real Madrid" (İspaniya) - 0:1
Qol: Toni Kroos, 18
23:00. "Brügge" (Belçika) - PSJ (Fransa) - 0:5
Qollar: Mauro İkardi, 7; 63. Kilian Mbappe, 61; 79; 83
Xal durumu: PSJ – 9, "Real Madrid" - 4, "Brügge" - 2, "Qalatasaray" - 1.
B qrup
23:00. "Olimpiakos" (Yunanıstan) - "Bavariya" (Almaniya) - 2:3
Qollar: Yussef əl-Ərəbi, 23. Gilyerme, 79 - Robert Levandovski, 34; 62. Korentin Tolisso, 75
23:00. "Tottenhem" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 5:0
Qollar: Harri Keyn, 9; 72. Hın Min Son, 16; 44. Erik Lamela, 57
Xal durumu: "Bavariya" - 9, "Tottenhem" - 4, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.
C qrupu
20:55. "Şaxtyor" (Ukrayna) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2
Qollar: Yevgeni Konoplyanka, 16. Dodo, 75 - Dani Olmo, 25. Mislav Orşiç, 60 (pen.)
23:00. "Mançester Siti" (İngiltərə) - "Atalanta" (İtaliya) - 5:1
Qollar: Serxio Aqüero, 34; 38 (pen.). Rahim Sterlinq, 58; 64; 69 - Ruslan Malinovski, 28 (pen.)
Xal durumu: "Mançester Siti" - 9, "Dinamo" - 4, "Şaxtyor" - 4, "Atalanta" - 0.
D qrupu
20:55. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0
Qol: Alvaro Morata, 78
23:00. "Yuventus" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:1
Qollar: Paulo Dibala, 77; 80 - Aleksey Mirançuk, 30
Xal durumu: "Atletiko" - 7, "Yuventus" - 7, "Lokomotiv" - 3, "Bayer" - 0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-qalatasaray-real-madrid-e-uduzub-psj-ve-i-ngiltere-klublari-reqiblerini-darmadagin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR