UEFA Avropa Liqasının qrup mərhələsində III turun görüşü keçirilib

UEFA Avropa Liqasının qrup mərhələsində III turun görüşü keçirilib
23:32 24 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsində III turun görüşü keçirilib.
"Report"un məlumatına görə, Türkiyə klublarından 2-si evdə fərqli nəticələr göstərib. J qrupundakı "Başakşehir" Avstriya "Volfsberq"ini minimal hesabla məğlub edib. Yeganə qolu 78-ci dəqiqədə İrfan Can Kahveci vurub.
Qrupun digər matçında "Roma" İtaliyada Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandası ilə heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Roma" 5 xalla 1-ci, "Başakşehir" 4 xalla 2-ci yerdə qərarlaşıb.
Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı isə Fransada "Sent-Etyen"lə "sülh"ə razılaşıb - 1:1. Paşayev bu matçda sonadək meydanda olub.
Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu
20:55. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr) - 2:2
23:00. "Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq) - 0:0 (BİRİNCİ HİSSƏ)
Xal durumu: "Sevilya" - 6, "Qarabağ" - 4, "Düdelanj" - 3, APOEL - 1.
G qrupu
20:55. "Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:1
20:55. "Yanq Boyz" (İsveçrə) - "Feyenoord" (Hollandiya) - 2:0
Xal durumu: "Yanq Boyz" - 6, "Portu" - 4, "Reyncers" - 4, "Feyenoord" - 3.
H qrupu
20:55. MOİK (Moskva, Rusiya) - "Ferentsvaroş" (Macarıstan) - 0:1
20:55. "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) - 0:1
Xal durumu: "Espanyol" - 7, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 4, MOİK - 0.
I qrupu
20:55. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:2
20:55. "Sent-Etyen" (Fransa) - "Aleksandriya" (Ukrayna) - 1:1
Xal durumu: "Gent" - 5, "Volfsburq" - 5. "Sent-Etyen" - 2, "Aleksandriya" - 2.
J qrupu
20:55. "Roma" (İtaliya) - "Borussiya" Mönxenqladbax, Almaniya) - 1:1
20:55. "Başakşehir" (Türkiyə) - "Volfsberq" (Avstriya) - 1:0
Xal durumu: "Roma" - 5, "Başakşehir" - 4, "Volfsberq" - 4, "Borussiya" - 2.
K qrupu
20:55. "Beşiktaş" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 1:2
20:55. "Slovan" (Bratislava, Slovakiya) - "Vulverhempton" (İngiltərə) - 1:2
Xal durumu: "Braqa" - 7, "Vulverhempton" - 6, "Slovan" - 4, "Beşiktaş" - 0.
L qrupu
20:55. "Partizan" (Serbiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:1
20:55. AZ (Hollandiya) - "Astana" (Qazaxıstan) - 2:0
Xal durumu: "Mançester Yunayted" - 7, AZ - 5, "Partizan" - 4, "Astana" - 0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-avropa-liqasinin-qrup-merhelesinde-iii-turun-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR