ATƏT-in baş katibi: "Azərbaycan və Ermənistanın XİN başçılarının Bratislava görüşü danışıqları canlandıracaq"

ATƏT-in baş katibi: "Azərbaycan və Ermənistanın XİN başçılarının Bratislava görüşü danışıqları canlandıracaq"
15:27 31 Oktyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT Azərbaycan ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təhlükəsizlik baxımından sabitliyi qoruyub saxladıqlarından razıdır.
“Report” xəbər verir ki, bu barədə ATƏT-in baş katibi Tomas Qreminger Moskva şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra bildirib.
“Danışıqlar prosesində müəyyən ləngimənin olduğunu söyləyə bilərəm. Lakin Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislava iclası zamanı nəzərdə tutulan görüşünün bu prosesi canlandıracağına ümidvarıq”, - deyən ATƏT rəhbəri münaqişə tərəflərinin təhlükəsizlik sahəsində sabitliyə riayət etdiklərindən razı qaldıqlarını da bildirərək etimad tədbirlərinin də zəruriliyini dilə gətirib.
“Bakı ilə Yerevan arasında birbaşa təmas zolağı kimi bu cür tədbirlərin bəziləri artıq həyata keçirilib. Bütün bunlar müsbət nəticələrə gətirib çıxarmalıdır. Bəzi məqamlarda, yəni girovların azad edilməsi və jurnalistlərin qarşılıqlı səfərlərinə dair danışıqlar irəliləməsə də, bu cür etimad tədbirlərinin həyata keçirilməsinə tezliklə başlaya biləcəyimizə ümidvarıq”, - T.Qreminger qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/atet-bas-katibi-azerbaycan-ve-ermenistan-xarici-isler-nazirleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR