Jurnalistin azyaşlı oğluna sahibsiz itlər hücum etdi - Bakıda

Jurnalistin azyaşlı oğluna sahibsiz itlər hücum etdi - Bakıda
15:32 31 Oktyabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalistin 10 yaşlı oğlu Bakının mərkəzində sahibsiz itlərin hücumuna məruz qalıb

Milli.Az xəbər verir ki, ölkə.az-ın əməkdaşı Natiq Allahverdiyevin oğlu Alpər Allahverdiyev Yeni Yasamalda evlərinin qarşısında sahibsiz itlərin hücumuna məruz qalıb.

Natiq Allahverdiyevin sözlərinə görə, hadisə oktyabrın 30-da, axşam 19.00 radələrində 10 yaşlı Alpər məşğələdən evə qayıdarkən baş verib.

"Alpər səkkizə işləmiş evə qayıdarkən evin qarşısında sahibsiz itlər ona hücum edib. Birdən ona hücum edən itdən qorxub və müvazinətini itirərək yerə yıxılıb, bundan sonra daha 3 it ona hücum edib. Hadisə insanların gözü qarşısında baş verib. Ətrafdakılar dərhal Alpərin köməyinə qaçaraq, onu itlərin caynağından xilas ediblər. Buna baxmayaraq ciddi yara xəsarəti almasa da, uşaq çox pis qorxub"- N.Allahverdiyev bildirib.

Qeyd edək ki, bu, son illərdə baş verən neçənci analoji hadisədir. Məsələ ictimailəşəndə müvafiq qurumlar problemlə bağlı tədbir görəcəklərini bəyan etsələr də, verdikləri vədə əməl etmirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/798617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR