22 yaşlı sürücü qəza törətdi - 4 nəfər yaralandı - FOTO

22 yaşlı sürücü qəza törətdi - 4 nəfər yaralandı - FOTO
11:57 1 Noyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunda baş verib.

Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi "Qaz 31 10" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və  maşını yolun kənarındakı dirəyə, sonra isə divara vurub. 

Qəzadan sonra sürücü M.Mirzəyev və avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılıb. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/798819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR