Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları (FOTO)

Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları (FOTO)
17:21 16 Yanvar 2015
502 Ölkə
Ölkə mətbuatı
A- A+

ANS PRESS bir neçə gün öncə övladlarını da götürərək Suriyaya gedən qadının fotolarını əldə edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Elnurə Beydullah qızı Məmmədova iki qızı, bir oğlu ilə Suriyaya qaçıb.

Elnurə Məmmədovanın qayınansının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladlarını da özü ilə aparıb.

Onların Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.

Qadınla birgə Suriyaya gedən övladları isə 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günay olub.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR