Gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək

Gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək
13:42 7 Noyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o qeyd edib ki, yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir.

Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə yad tullantılar çox atılır: "Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə çatdıra bilmir.

Digər tərəfdən, Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR