2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun və pley-offunun püşkü atılıb.
Metbuat.az xəbər verir ki, Litvada keçiriləcək mundiala 6 vəsiqə üçün mübarizə aparacaq 16 komanda 4 qrupa bölünüb.
Azərbaycan millisi C qrupunda yer alıb. Yığmamız Rusiya, Slovakiya və Xorvatiya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.
A qrupu
Portuqaliya, İtaliya, Belarus, Finlandiya
B qrupu:
İspaniya, Serbiya, Ukrayna, Fransa
C qrupu:
Rusiya, Azərbaycan, Slovakiya, Xorvatiya
D qrupu:
Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya.
Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək.
Pley-offun püşkatma mərasimi də baş tutub. Azərbaycan yığması ikinci olsa, D qrupunun ikincisi ilə görüşəcək.
C qrupunun ikincisi – D qrupunun ikincisi
B qrupunun ikincisi – A qrupunun ikincisi
Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər.
Qeyd edək ki, final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.
Millimizin rəqibləri müəyyənləşdi
Həmçinin oxu
“Sabah” “Şamaxı”nı, “İmişli” “Sumqayıt”ı qəbul edəcək
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın regional gücə çevrilməsində tarixi Zəfərin rolu - RƏY
Bu gün
·
14:20
“Sabah” “Şamaxı”nı, “İmişli” “Sumqayıt”ı qəbul edəcək
Bu gün
·
14:02
MHP Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
Bu gün
·
13:34
İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi
Bu gün
·
13:20
Noyabrın 9-da Bakıda leysan olacaq
Bu gün
·
13:16
Göyçayda "Zəfər Konserti" keçirilib - FOTO
Bu gün
·
12:43
Türkiyə MMN Azərbaycanı təbrik etdi
Bu gün
·
12:41
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin"
Bu gün
·
12:35
Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir - Prezident
Bu gün
·
12:27
İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət etdi - VİDEO
Bu gün
·
12:05
Xankəndidə Zəfər Günü qeyd edildi - FOTO
Bu gün
·
11:53
Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi
Bu gün
·
11:34
Rəşad Nəbiyevdən Zəfər Günü paylaşımı - FOTO
Bu gün
·
11:12
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi
Bu gün
·
10:50
Ər-Riyada atılan iki raket məhv edilib
Bu gün
·
10:31