Azərbaycanlı həkim müdiri olan sevgilisi tərəfindən güllələndi - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycanlı həkim müdiri olan sevgilisi tərəfindən güllələndi - YENİLƏNİB - VİDEO - FOTO
17:57 7 Noyabr 2019
198 Ölkə
Ölkə mətbuatı
A- A+

17:54

İstanbulun Avcılar rayonunun özəl tibb mərkəzində azərbaycanlı həkimin yaralanması ilə nəticələnən silahlı insident yaşanıb.

"Qafqazinfo"nun "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə 6 noyabr saat 01:00 radələrində baş verib.

Məlumata görə, tibb mərkəzinin sahibi Cəlal T. ilə onunla eyni yerdə çalışan Azərbaycan əsilli həkim Aidə A. arasında mübahisə yaranıb. Bu zaman birinci şəxs azərbaycanlı qadını silahla qarın nahiyəsindən yaralayaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin silah səsini eşidərək tibb mərkəzinə gələn polis əməkdaşları onu yaxalayıblar.

Yaralı həkim isə Bakırköy Dövlət Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, Cəlal T. və Aidə.A  4 il birlikdə yaşayıblar. Bu münasibətdən onların 3 yaşında uşaqları da var.

--------

10:43

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib. 

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib. 

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb. 

Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/800380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR