Sahil Babayev: "Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək"

Sahil Babayev: "Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək"
17:42 13 Noyabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib.

S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: "Növbəti il bu proqram daha da genişləndiriləcək. 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsi qarşıda məqsəd qoyulub".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/802038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR