Ronaldu 55-ci het-trikinə imza atıb

AVRO-2020-nin seçmə mərhələsində Portuqaliya millisinin Litva yığmasını evdə 6:0 hesabı ilə məğlub etdiyi oyunda 3 qol vuran Kriştianu Ronaldu karyerasında 55-ci het-trikinə imza atıb.

Mətbuat.az xəbər verir ki, bu planda 34 yaşlı hücumçu üçün ən uğurlusu 2011-ci il olub. Ronaldu həmin vaxt 9 dəfə het-trik edib.

Qeyd edək ki, hazırda İtaliyanın “Yuventus” klubunun formasını geyinən Ronaldu indiyə qədər 705 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR