Marek Hamşik: "Azərbaycan müdafiədə yaxşı oynayır"

Marek Hamşik: "Azərbaycan müdafiədə yaxşı oynayır"
20:02 18 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə oyundan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.
"Report"un Bratislavaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Slovakiya millisinin kapitanı Marek Hamşik deyib.
Sabah AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransına qatılan 32 yaşlı yarımmüdafiəçi görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib: “Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.
Hamşik son oyunda favorit statusunu təsdiqləməli olduqlarını sözlərinə əlavə edib: “Təbii ki, ilk növbədə öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels - Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar”.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/marek-hamsik-azerbaycan-mudafiede-yaxsi-oynayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR