İnstitut direktoru: "650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılması üçün aparılan işlərin davamıdır"

İnstitut direktoru: "650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılması üçün aparılan işlərin davamıdır"
11:37 19 Noyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə onun səyi ilə ekologiyanın sağlamlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində aparılan işlərin məntiqi davamıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, Mehriban xanımın bu təşəbbüsü bütün ölkə ictimaiyyəti, xüsusən ziyalılar, elm adamları tərəfindən yüksək qiymətləndirilib.

Ə.Quliyev təşəbbüsün uğurla reallaşdırılması üçün əllərindən gələn dəstəyi verməyə hazır olduqlarını deyib.

İnstitut direktoru qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizdə yaşıllıqların artırılmasına, ekologiyanın qorunmasına dəyərli töhfələr verir. Onun təşəbbüsü və qayğısı ilə indiyədək minlərlə hektar sahədə yaşıllıqlar salınıb:

"Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək" layihəsi Azərbaycan ekologiyasının zənginləşdirilməsində mühüm rol oynayıb: "Növbəti təşəbbüs - bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü isə ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq".

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR