Çempionlar Liqası: "Real Madrid" , "Tottenhem" və "Mançester Siti" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "Real Madrid" , "Tottenhem" və "Mançester Siti" 1/8 finala yüksəlib
02:02 27 Noyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarındakı komandalar qarşılaşıblar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda Belçikanın "Brügge" komandasını qəbul edib. 
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Cim-Bom" bu mösüm qrup mərhələsində ilk qolunu vuraraq, uzatma dəqiqələrinədək öndə olduğu halda, qələbə hesabını qoruya bilməyib. Nəticədə "Brügge" bərabərliyi təmin edərək, 3-cü pillədə qalıb və İspaniya "Real Madrid"i Fransa PSJ-si ilə görüşə çıxmamış Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. 
PSJ ilə qarşılaşmada isə "kral klubu" Kərim Benzemanın qolları ilə 2:0 hesabı ilə öndə olduğu halda, qələbəni qoruya bilməyib - 2:2. Nəticədə Fransa təmsilçisi qrup lideri, İspaniya komandası isə 2-ci pillənin sahibi kimi mərhələ adlayıb.
Çempionlar Liqası
V tur
26 noyabr
A qrupu
21:55. "Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika) - 1:1
Qol: Adem Büyük, 11 - Krepin Diatta, 90+2
Qırmızı vərəqələr: Krepin Diatta, 90+3; Klinton Mata, 90+3 (hər ikisi "Brügge")
24:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Kərim Benzema, 17; 79 - Kilian Mbappe, 81. Pablo Sarabia, 83
Xal durumu: PSJ – 13, "Real Madrid" - 8, "Brügge" - 3, "Qalatasaray" - 2.
B qrupu
24:00. "Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya) - 0:5
Qollar: Leon Qoretska, 14; 53; 60; 64; 68
24:00. "Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 4:2
Qollar: Dele Alli, 45+1. Harri Keyn, 50; 77. Serj Oryo, 73 - Yusif əl-Ərəbi, 6. Ruben Semedo, 19
Xal durumu: "Bavariya" - 15, "Tottenhem" - 10, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.
C qrupu
24:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1
Qollar: İlkay Gündoğan, 56 - Manor Solomon, 69
24:00. "Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0
Qollar: Luis Muriel, 27 (pen.). Alexandro Qomes, 47
Xal durumu: "Mançester Siti" - 11, "Şaxtyor" - 6, "Dinamo" - 5, "Atalanta" - 4.
D qrupu
21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:2
Qol: Rifat Jamaletdinov, 11 (öz qapısına). Sven Bender, 54
24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0
Qol: Paulo Dibala, 45+2
Xal durumu: "Yuventus" - 13, "Atletiko" - 7, "Bayer" - 6, "Lokomotiv" - 3.

***00:06
UEFA Çempionlar Liqasınınn qrup mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, turun açılış oyunları Türkiyə və Rusiyada təşkil olunub. İstanbuldakı qarşılaşmada "Qalatasaray" Belçika "Brügge"si üzərində qələbəni uzatma dəqiqələrində qaçırıb. 11-ci dəqiqədə Adem Büyük hesabı açıb. Bu, "sarı-qırmızılar"ın cari mövsümdə ilk qolu olub. Lakin 90+2-ci dəqiqədə Krepin Diatta qonaqların bərabərlik qolunu vurub.
Bundan sonra Diatta və komanda yoldaşı Klinton Mata qol sevincini yolverilməz tərzdə qeyd etdikləri üçün ikinci sarı vərəqə alaraq, meydandan qovulublar. Lakin "Qalatasaray" 9 futbolçu ilə qalan "Brügge"yə qalan uzatma dəqiqələrində qol vura bilməyib.
Nəticədə Belçika təmsilçisi xallarını 3-ə çatdıraraq, 3-cü, Türkiyə komandası isə 2 xalla sonuncu pillədə qalıb. İspaniya "Real Madrid"i isə 1/8 finala vəsiqəni təmin edib. Hazırda 7 xalla 2-ci yerdə gedən "kral klubu" "Brügge" üçün də əlçatmaz olub. Daha əvvəl qrupdan növbəti mərhələyə Fransa PSJ-si yüksəlmişdi. Avropa Liqasına vəsiqə verən 3-cü yerin taleyi isə son turda həll olunacaq. "Qalatasaray" PSJ-nin qonağı olacaqsa, "Brügge" "Real Madrid"i qəbul edəcək.
D qrupunun qarşılaşmasında isə "Lokomotiv" Moskvada Almaniyanın "Bayer" komandasına 0:2 hesabı ilə uduzaraq, Avropa Liqası şansını da itirib. 11-ci dəqiqədə "dəmiryolçular"ın futbolçusu Rifat Jamaletdinov öz qapısına göndərib. 54-cü dəqiqədə isə Sven Bender son nöqtəni qoyub. Bu qələbə sayəsində "Bayer" qrupda 2-ci yer uğrunda mübarizə şansını qoruyub. Lakin hazırda davam edən görüşdə İspaniya "Atletiko"su İtaliyada "Yuventus"a qalib gəlsə, Almaniya komandası Çempionlar Liqasının 1/8 finalına vəsiqə şansını itirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-real-madrid-tottenhem-ve-mancester-siti-1-8

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR