UEFA Avropa Liqası: "Başakşehir" "Roma"nın, "Borussiya" "Volfsberq"in qonağı olacaq

UEFA Avropa Liqası: "Başakşehir" "Roma"nın, "Borussiya" "Volfsberq"in qonağı olacaq
07:32 28 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.
A qrupunun digər matçında isə Lüksemburq "Düdelanj"ı evdə Kipr APOEL-i ilə üz-üzə gələcək. Bu qrupda yalnız Andalusiya təmsilçisi 1/16 final mərhələsinə vəsiqəni təmin edib. Növbəti vəsiqənin sahibi isə bu görüşlərdən sonra bəlli ola bilər.
4 turdan sonra "Sevilya"dan başqa “Espanyol” (İspaniya) “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya) və “Mançester Yunayted” (İngiltərə) də növbəti mərhələyə yüksəlib.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı Almaniyanın Volfsburq" klubunu qəbul edəcək. Üç xala malik olan komanda hələ ki, növbəti mərhələ şanslarını qoruyur. I qrupunun digər görüşündə "Sent-Etyen" Fransada Belçika "Gent" ilə qarşılaşacaq.
Türkiyə klublarından isə yalnız "Başakşehir"in növbəti mərhələyə yüksəlmək şansı qalıb. "Trabzonspor" və "Beşiktaş"ın isə qruplarında 3 və ya 4-cü yeri tutacağı dəqiqləşib.
"Başakşehir" bu tur İtaliyada "Roma"nın qonağı olacaq. J qrupunun digər oyununda Avstriya "Volfsberq"i Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasını qəbul edəcək. İstanbul klubu şansının öz əlində olması üçün səfərdə ən azı heç-heçəyə nail olmağa çalışacaq.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
28 noyabr
A qrupu
24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
24:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr)
Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.
B qrupu
24:00. "Luqano" (İsveçrə) - "Kopenhagen" (Danimarka)
24:00. "Malmö" (İsveç) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2
C qrupu
19:50. "Trabzonspor" (Türkiyə) - "Xetafe" (İspaniya)
19:50. "Krasnodar" (Rusiya) - "Bazel" (İsveçrə)
Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.
D qrupu
24:00. "Rusenborq" (Norveç) - LASK (Avstriya)
24:00. "Sportinq" (Portuqaliya) - PSV (Hollandiya)
Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0
E qrupu
24:00. "Latsio" (İtaliya) - ÇFR (Rumıniya)
24:00. "Seltik" (Şotlandiya) - "Renn" (Fransa)
Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.
F qrupu
24:00. "Gimaraynş" (Portuqaliya) - "Standard" (Belçika)
24:00. "Arsenal" (İngiltərə) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.
G qrupu
21:55. "Feyenoord" (Hollandiya) - "Reyncers" (Şotlandiya)
21:55. "Yanq Boyz" (İsveçrə) - "Portu" (Portuqaliya)
Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.
H qrupu
21:55. "Ferentsvaroş" (Macarıstan) - "Espanyol" (Espanyol)
21:55. MOİK (Moskva, Rusiya) - Lüdoqorets" (Bolqarıstan)
Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1
I qrupu
21:55. "Aleksandriya" (Ukrayna) - "Volfsburq" (Almaniya)
21:55. "Sent-Etyen" (Fransa) - "Gent" (Belçika)
Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.
J qrupu
21:55. "Volfsberq" (Avstriya) - "Borussiya" (Mönxenqladbax, Almaniya)
21:55. "Roma" (İtaliya) - "Başakşehir" (Türkiyə)
Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.
K qrupu
21:55. "Braqa" (Portuqaliya) - "Vulverhempton" (İngiltərə)
21:55. "Beşiktaş" (Türkiyə) - "Slovan" (Bratislava, Slovakiya)
Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.
L qrupu
19:50. "Astana" (Qazaxıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:55. AZ (Hollandiya) - "Partizan" (Serbiya)
Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-avropa-liqasi-basaksehir-roma-nin-borussiya-volfsberq-in

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR