Elmira Süleymanova Ombudsman institutunu çox hörmətli bir quruma çevirdi - Deputat

Elmira Süleymanova Ombudsman institutunu çox hörmətli bir quruma çevirdi - Deputat
14:13 29 Noyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisdə yeni Ombudsman seçilib.

Parlamentin iclasında bu məsələ ilə bağlı çıxış edən millət vəkili Elmira Axundova keçmiş Ombudsman Elmira Süleymanova haqqında danışıb:

"Hörmətli Elmira Süleymanova haqqında bir neçə söz demək istərdim. Əslində onu bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin. E.Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu. Və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi. Elmira xanım Ombudsman institutunu sıfırdan yaradaraq onu ölkəmizdə və ölkə hüdudlarından kənar çox hörmətli bir quruma çevirib. Elmira xanım həmişə ədalətin tərəfində olub, sadə insanlar ona çox inanırdılar. Minlərlə məktub və şikayətlər məhz ona ünvanlanırdı. Və mən bilirəm ki, Elmira xanım bir dənə də şikayəti nəzərdən kənarda qoymayıb, çox vaxt onun həllinə nail olub".

Çıxışına davam edən millər vəkili qeyd edib ki, yüksək beynəlxalq tribunalardan Elmira xanım Süleymanova həmişə öz haqq səsini qaldıraraq, bizim ən ağrılı problemimizi, məcburi köçkün problemini, 100 minlərlə insanın öz yerlərindən didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını beynəlxalq ictimaiyyətə çatdırıb: "Sözün qısası, Elmira Süleymanovanın fəaliyyətini çox yüksək qiymətləndirir, ona bizim Parlamentin adından minnətdarlıq bildirmək istərdim. Bu dəyərli xanıma möhkəm can sağlığı, uzun ömür arzulayıram. Yeni seçiləcək Ombudsmana isə bu ağır və dəyərli işdə uğurlar arzulayıram.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR